Madrid "Real"ı klubun ikinci komandası "Kastilya"nı çalışdıran Raul Qonzaleslə razılığa gəlib.
"Marca" nəşri yazır ki, 42 yaşlı məşqçi öz işini daha bir il davam etdirəcək. Klubun sahibi Florentino Peresin bir müddət sonra Raulu əsas komandaya gətirəcəyi də deyilir.
Xatırladaq ki, Qonzales "Kastilya"ya 2019-cu ildən rəhbərlik edir.